RU

Qarabağ regionunun mədəniyyət işçiləri intellektual yarışda biliklərini sınayıblar

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağdam, 7 may, AZƏRTAC

Qarabağ Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə aid olan şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışı Ümummilli Liderin zəngin irsinin təbliğ edilməsi, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin və incəsənətinin dərindən öyrənilməsi, mədəniyyət sahəsində çalışan işçilərin bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir.

Seçim mərhələsində qalib olan komandalar finalda biliklərini sınayıblar. Ümumilikdə 8 rayon üzrə 8 komandanın iştirak etdiyi final mərhələsində komandalar Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və ümumi dünyagörüşünə aid sualları cavablandırıblar.

Yarış iştirakçılarının və tamaşaçıların istirahətinin təmin olunması və tədbirin daha maraqlı təşkili məqsədilə fasilələr zamanı musiqi nömrələri təqdim olunub.

Gərgin intellektual mübarizə şəraitində keçən yarışda birinci yerə Bərdə rayonunun "Zəka" komandası, ikinci yerə Şuşa rayonunun "Şuşa qalası" komandası, üçüncü yerə isə Ağcabədi rayonunun "Qaliblər" komandası layiq görülüb. Qalib komandalara kubok, fəxri fərman və təşəkkürnamə təqdim olunub.

Müxbir – Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
azertag.az

1Источники