RU

Zaqatalada 5 mindən çox gül əkiləcək

Yazını böyüt
Yazını kiçilt

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə, həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində mayın 7-də Zaqatala rayonunda güləkmə aksiyasına start verilib. Aksiya çərçivəsində mayın 10-dək şəhərin park və xiyabanlarında 5 mindən çox müxtəlif növ gülün əkilməsi nəzərdə tutulur.

Hafta.az bildirir ki, bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, aksiyanın ilk günündə Heydər Əliyev parkında, icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin həyətlərində, Dədə Qorqud parkında, Bayraq meydanında, Zəfər abidəsinin qarşısında, Mədəniyyət Mərkəzinin ətrafında 3 mindən çox gül əkilib. Əkilən güllərin mühafizəsi və onlara qulluq göstərilməsi üçün zəruri tədbirlər görülür. Güləkmə aksiyası davam etdirilir.

Избранный
2
1
hafta.az

2Источники