

Müəllif
Raxshanda
"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.Ulusum.az xəbər verir ki, klub əvvəlcə gələn mövsümdən etibarən biletlərin qiymətini 3% artırmağı, həmçinin 2027/28 və 2028/29 mövsümlərində inflyasiyaya uyğun əlavə artımlar etməyi planlaşdırırdı.Lakin rəhbərliyin bu qərarı "qırmızılar"ın azarkeşləri tərəfindən ciddi etirazla qarşılanıb.Bu gün isə "Liverpul" planlarda dəyişiklik edildiyini bəyan edib. Bildirilib ki, 2026/27 mövsümü üçün biletlərin qiyməti planlaşdırıldığı kimi 3% artırılacaq, lakin 2027/28 mövsümündə qiymətlər dondurulacaq.Qeyd olunub ki, klubun gələcək planları "Liverpul" Azarkeşlər Şurası ilə birgə müzakirə ediləcək.Ulusum.az
Diqqət Çəkənlər
Universitetlərə qəbul üzrə sınaq imtahanı KEÇİRİLƏCƏK
DİN ötən gün aşkar olunan silah-sursatların sayını AÇIQLADI
Gəncədə yeniyetmə bıçaqlanıb