RU

Zelenski: ABŞ nümayəndələri ilə sülh və humanitar məsələləri müzakirə edirik

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin nümayəndələri ilə humanitar məsələlər, Rusiya ilə diplomatik proses və Ukraynanın müdafiəsinin gücləndirilməsi istiqamətində danışıqların davam etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri Vitkoff və Kuşnerlə təmaslar davam edir və Ukraynanın müdafiə naziri Rustem Umerov də bu gün onlarla görüşəcək.

“Üç əsas istiqamət var. Birincisi humanitar məsələlərdir. Əsir mübadiləsinin həyata keçiriləcəyinə ümid edirik. Bu, bizim üçün çox vacibdir”, – deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, danışıqların digər mühüm istiqaməti Rusiya ilə diplomatik prosesin sürətləndirilməsidir.

“Rusiyada yalnız atəşkəs və ya bayram tədbirləri barədə düşündükləri halda, biz sülhə yaxınlaşmağı düşünürük. Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük müharibəyə son qoyulmalıdır”, – deyə Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники