RU

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi - VİDEO

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.

AFN.az xəbər verir ki, su anbarlarının modernləşdirilməsi, texniki qurğuların tənzimlənməsi, primitiv şəbəkələrin ləğvi və yeni güclü nasosların qurulması suyun paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün tətbiq olunan yeni sistemlər tənzimlənmənin effektivliyini artırıb.

Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilər sırasına Abşeron, Binəqədi, Xəzər və Nərimanov rayonları daxildir. Artıq bu ərazilərdə su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə davamlı olaraq təmin edilir.

Xüsusilə 25 min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunda sakinlər arasında sorğu keçirilib. Sakinlər ötən illərlə müqayisədə nəticəni müsbət qiymətləndirərək, fasiləsiz su təchizatına görə razılıqlarını bildiriblər.

Избранный
3
26
afn.az

10Источники