RU

Zelenski sanksiya tətbiq etdiyi şəxsin yanına getdi Papuaşvili

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna hökuməti vəziyyəti o həddə çatdırıb ki, Zelenski sanksiya siyahısına daxil etdiyi şəxsin yanına getməli olub. Ədalətsiz qərarlar və hərəkətlər Gürcüstan xalqına deyil, onları edənlərə zərər verir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, 4 mayda Zelenski beş ildən sonra ilk dəfə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Onların dialoqu İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutub.

Zelenski ilə söhbətindən sonra Kobaxidze iki ölkə arasındakı münasibətlərdə fikir ayrılıqlarının qaldığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
axar.az

1Источники