İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan xarici vətəndaş narkotik qaçaqmalçısı Mersində keçirilən əməliyyatda tutulub.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Vilayət Polis İdarəsinin açıqlamasına görə, Narkotik Cinayətləri və Kəşfiyyat şöbələri Milli Kəşfiyyat Təşkilatı qrupları ilə birlikdə İnterpol tərəfindən narkotik qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarılan xarici vətəndaş E.B.-nin şəhərdə olduğunu müəyyən ediblər.
Qruplar şübhəlini Yenişehir rayonundakı bir ünvanda keçirilən əməliyyatda yaxalayıblar.
QAZİLER.AZ