RU

Zelenski Rusiyanın atəşkəs təklifini "qəribə"ADLANDIRDI

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya Müharibəsində qələbənin ildönümündə atəşkəs rejiminin tətbiqi ilə bağlı qərarın qəbul edilməsində Rusiya tərəfinin məntiqini "qəribə" hesab etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Rusiyaya atəşi dayandırmağı təklif edib, Kiyev mayın 6-dan sükut rejimini təmin etməyə hazır idi, lakin Rusiyadan zərbə və hədə cavabları qeydə alınıb.

"Onlar Ukraynadan öz paradlarını keçirmək üçün icazə istəyirlər ki, ildə bir dəfə bir saatlıq, meydana təhlükəsiz çıxsınlar, sonra isə insanlarımızın həlak olduğu hərbi əməliyyatları davam etdirsinlər. Rusiya artıq 9 maydan sonrakı zərbələrdən danışır. Bu, Rusiya rəhbərliyinin qəribə və qeyri-adekvat məntiqidir. Moskvada (hərbi paradda - red.) olmağa hazırlaşan və Rusiyaya yaxın olan bir sıra dövlətlərin nümayəndələri də bizə müraciət ediblər. Bu günlərdə... qəribə istəkdir. Biz tövsiyə etmirik", - Zelenski yazıb.

Избранный
7
9
redaktor.az

7Источники