NOAA və ECMWF-nin yeni iqlim proqnozlarına görə, 2027-ci ildə güclü "Super El Niño" hadisəsinin baş vermə ehtimalı artır.
Day.Az xəbər verir ki, mütəxəssislər bu prosesin qlobal temperatur rekordlarını yeniləyə biləcəyini bildirir.
El Niño Sakit Okeanında su səthinin normadan çox isinməsi ilə yaranan təbii iqlim hadisəsidir. Lakin alimlər bunun qlobal istiləşmə ilə birləşməsi halında daha ekstremal hava hadisələrinə səbəb ola biləcəyini qeyd edir.
Proqnozlara əsasən, 2026 sonu və 2027-ci ildə dünya üzrə istilik dalğaları, quraqlıq, sel və güclü fırtınaların artması mümkündür. Mütəxəssislər hökumətləri bu risklərə qarşı hazırlıq görməyə çağırır.