Almaniya Kansleri Fridrix Merts Ticarət və Sənaye Palatalarının qurultayında ölkədə termonüvə sintezi əsasında işləyən, dünyanın ilk elektrik stansiyasının inşası planları barədə danışıb.
"Far.Az" xəbər verir ki, Almaniya hökumətinin başçısı enerji tariflərini sabitləşdirmək və imkan daxilində azaltmaq üçün ölkənin elektrik enerjisi istehsalını artırmağa ehtiyac olacağını qeyd edib.
"Biz Almaniyada dünyanın ilk termonüvə elektrik stansiyasını tikmək niyyətindəyik. İki həftə əvvəl Hannover sənaye yarmarkasında biz bunun heç də utopiya deyil, tamamilə əldə edilə bilən bir məqsəd olduğuna və Almaniyanın elmi tədqiqatların bu istiqamətində aparıcı mövqelərdən birini tutduğuna əmin ola bildik", - Merts vurğulayıb.
Onun sözlərinə görə, mayın 13-də federal hökumət elektrik stansiyalarının inkişaf strategiyasını təsdiqləyəcək və bununla da ölkədə enerji şəbəkəsinin baza yükünü təmin etmək üçün nəzərdə tutulan yeni qaz istilik elektrik stansiyalarının inşası üzrə müsabiqə prosedurlarına start verəcək.