RU

Opera müğənnisi: “Meyxanaçılar dırnaqarası müğənnilər, şou-biznes olmadan öncə var idilər”

“Biz desək ki, bu gün meyxana Azərbaycan musiqisinə xələl gətirir, yalan danışmış olarıq. Çünki meyxananın tarixi çox qədimdir. Əsrlər öncə başlayan bir Azərbaycan tarixidir. Dərvişlər elə bugünkü meyxanaçılar olublar. Sadəcə, zamanla insanların geyimi dəyişib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

 

Ü.Qılınc bildirib ki, meyxanaçılar həmişə haqqı deyiblər: “Bəzən meyxanaçılara “sinədəftər” deyirlər. Mən isə düşünürəm ki, meyxanaçılar “sinədəftər” deyillər, sinələrində kitab gəzdirirlər.  Onların bilikləri, bir anda cavab qaytarmaları... Təbii ki, bütün meyxanaçılara “meyxanaçı” demək olmaz, lakin bir hissəsi var ki, həqiqətən, fitri istedaddır. Allah rəhmət eləsin, Əliağa Vahid kimi qəzəlxanı necə sevməmək olar? Meyxana ustadlarından olub. Ruhu şad olsun, Vüqar və onun timsalında olan, haqqı deyən insanları meyxanaçı adlandırıram. Meyxanaçılar dırnaqarası müğənnilər, şou-biznes olmadan öncə var idilər. Bunun isbatı “Nəsimi” filmində dərvişlərin meyxana demələridir...”

 

Aytəkin Qardaşova

Tarix: 8 May 2026, 08:01   
Избранный
24
1
pravda.az

2Источники