RU

Bu ərazilərdə işıq olmayacaq

Bu
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. 1news.az xəbər verir ki, bu barədə "Azərİşıq" ASC məlumat yayıb.
Bildirilib ki, buna səbəb mayın 8-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində aparılacaq təmir işləridir. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Separadi kəndində, saat 13:00-dan 15:30-dək isə Sinovli və Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"İşlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda deyilib.

Избранный
2
20
1news.az

10Источники