- Baş sponsor: Azersun Holding.
- Baş tərəfdaş: Sea Breeze.
- İmram Kriya — Kriya-yoqa ustası, bəstəkar və multiinstrumentalist. Səs, nəfəs və daxili iş vasitəsilə harmoniya vəziyyətinə gətirən bələdçi.
- Nərgiz Əliyeva - psixoloq və kouç. O, bədən təcrübələri ilə mənəvi inkişafın kəsişməsində çalışır və müasir həyat tərzinə dərketməni daxil edir.
- Pavel Piskaryov – “Neyroqrafika” metodunun müəllifi və NeyroArt məktəbinin banisi. Vizual təcrübələr vasitəsilə düşüncəni dəyişdirməyə kömək edir.
- Bharat Thakur — 30 illik təcrübəsi olan yoqa ustası. Kriya və Tantra-yoqanın qədim ənənələrini müasir elmin nailiyyətləri ilə birləşdirir.
Festivalın hər günü parlaq ifaçıların konsertləri ilə başa çatacaq: · Çingiz Mustafayev – Azərbaycanın “Ruhun səsi”; · Marat Niqmatulin; · Aura Ra Performance; · və əlbəttə ki, İmram Kriya. Festivalda sizi nə gözləyir:
- Sübh çağı dəniz sahilində səhər məşqləri.
- Beynəlxalq spikerlərdən mühazirə və master-klasslar.
- Tənəffüs və mediativ sessiyalar.
- İncəsənət terapiyası və enerji ilə işin kreativ formatları.
- Canlı musiqi və günəşin qürubunda axşam proqramları.
- Açıq havada aktivlik, alış-veriş və istirahət.
- Xüsusi qiymət: May ayının 5-nə qədər biletin qiyməti – 130 AZN.
- Güzəştlər: tələbələr və təqaüdçülər üçün 40% endirim.













