RU

Bu da bir yuxudur, gəl tanış olaq... Günün şeiri

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kulis.az "Günün şeiri" layihəsində Xalq şairi Nəriman Həsənzadənin "Elə dayanırsan, elə baxırsan" şeirini təqdim edir.

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,

Mən tanış edərdim nə vaxtsa bir-bir.

İndi özgələri yad ehtiramla,

Deyirlər tanış ol...

Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,

Yolumu gözlərdin yollardan uzaq.

Mən sənin yuxundan çıxıb gəlmişəm,

Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır,

gedərdik... yolumuz, arzumuz şərik.

Qolum qollarının lap yanındadır,

toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Hayanda durum ki, görəsən məni?

Prezident Kitabxanasında virtual sərgi hazırlandı

AYB-də “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans keçirildi

Mənim incilərim hara daşındı?! - Günün şeiri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
kulis.az

2Источники