RU

ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlanıb

Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. ​Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq", - deyə o qeyd edib.

Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub:

"Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib".

İş elanları AzVak.az-da

© "Report" 

ABB Davr Bank
Избранный
28
3
marja.az

4Источники