RU

ABB Özbəkistanın “Davr Bank”ına 100 milyon dollar yatırım edib

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr Bank”ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır.

Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

İlkin razılaşmanın müsbət olduğunu bildirən Abbas İbrahimov qeyd edib ki, prosesin maksimum sürətlə tamamlanması nəzərdə tutulur.

Bildirilib ki, sövdələşmədən sonra bank “ABB-Davr” adı ilə fəaliyyət göstərəcək.

ABB rəhbəri qeyd edib ki, ABB sözügedən banka 100 milyon dollar yatırım edib. “Davr Bank”ın aktivləri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.

A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 milyon ABŞ dollarından çox xarici maliyyələşməsi var.

ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.

İş elanları AzVak.az-da

© APA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
5
marja.az

6Источники