Milli.Az xəbər verir ki, o bildirib ki, Vaşinqtonun təklif etdiyi saziş Tehranın nüvə silahından tamamilə imtina etməsini nəzərdə tutur.
Ağ Evin yaydığı açıqlamada Tramp İranın ABŞ-yə "nüvə tozu" və digər tələb olunan materialları təhvil verməli olduğunu deyib.
"Bu, sadəcə bir səhifəlik təklif deyil. Mahiyyət etibarilə onların nüvə silahına sahib olmayacağını bildirən bir razılaşmadır", - deyə ABŞ lideri vurğulayıb.
Məlumata əsasən, Trampın "nüvə tozu" ifadəsi ilə İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranı nəzərdə tutduğu bildirilir. ABŞ-nin 2025-ci ilin iyununda həmin obyektlərə hava zərbələri endirdiyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31