Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran tərəfindən həyata keçirilən genişmiqyaslı raket və pilotsuz təyyarə hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu təsdiqləyib.
Rəsmi bəyanatda bildirilir ki, hazırda əmirliklərin HHM qüvvələri İran tərəfindən atılan ballistik və qanadlı raketlərin, habelə kamikadze dronların zərərsizləşdirilməsi əməliyyatını həyata keçirir.
Nazirlik sakinləri təşvişə düşməməyə və rəsmi məlumatları izləməyə çağırıb. Hücumun miqyası və hədəfləri barədə hələlik dəqiq məlumat verilməsə də, partlayışların bir neçə böyük şəhər yaxınlığında qeydə alındığı bildirilir.
Bu hücumu regionda davam edən hərbi gərginliyin ən təhlükəli mərhələsi kimi qiymətləndirirlər. Xüsusilə ABŞ və İran arasında kövrək atəşkəs müzakirələrinin aparıldığı bir vaxtda BƏƏ-nin hədəf alınması vəziyyəti daha da mürəkkəbləşdirir. Ekspertlərin fikrincə, bu addım İranın regiondakı hərbi güc nümayişi və strateji rəqiblərinə birbaşa xəbərdarlığıdır. Hazırda BƏƏ səmasında hava hərəkəti məhdudlaşdırılıb və bütün hərbi hissələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
Musavat.com