RU

İlahiyyatçı: “Məscidlərdə hər ədəbiyyatdan nümunələrin olmasının tərəfdarıyam”

İlahiyyatçı Təyyar Hüseynli “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məscidlərə Lev Tolstoy, Nişi, Frensis Fukuyama, Bill Bayson  Vilyam Baynum, Nigel Kamberland,  Mikael Reynhard Heb, Fyodor Dostoyevski kimi yazıçıların kitablarının alınmasının tənqid olunmasına münasibət bildirib.

 

İlahiyyatçı Pravda.az-a açıqlamasında qərarı müsbət qarşıladığını deyib.

 

O bildirib ki, məscidlər ilahi məkandır: “İlahi məkanda elm və ibadətin vəhdəti önəmli şərtdir. İbadətə aparan yol kitabdan qaynaqlanır, yəni müqəddəs "Quran" sözü belə Azərbaycan dilində "oxumaq" deməkdir. Məscidlərdə insanı elmə, tərəqqiyə aparan faydalı ədəbiyyatlardan olmalıdır. İnsana xoşbəxtliyini , intellektini, həyata baxışını təkmilləşdirən hər bir elm adamının əsəri çox gərəklidir. Şəxsi yanaşmam budur. Xüsusi dediyim bir ifadə var - bəşəriyyət üçün inkişaf, çox xeyirli alimlər və onların əsərləri ümumbəşəri sərvətdir, hətta beynəlxalq dəyərdir. Bir ilahiyyatçı və ictimai xadim kimi məscidlərimizdə yaradılan kitabxanalarda ilahi-islami-əxlaqi qəyərlərin təbliği çərçivəsində etik-estetik, gigiyenik və fiziki-mənəvi sağlamlığı təbliğ edən hər ədəbiyyatdan nümunələrin olmasının tərəfdarıyam”.

 

Aytəkin Qardaşova

Tarix: 8 May 2026, 11:38   
Избранный
29
pravda.az

1Источники