RU

Dünyanı hantavirus qorxusu bürüdü Yeni pandemiya gəlir?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hantavirus səbəbilə bir kruiz gəmisində 3 nəfərin həyatını itirməsi dünya üzrə narahatlıq yaradıb. Bu hadisədən sonra Bill Qeytsin illər əvvəl etdiyi pandemiya xəbərdarlıqları yenidən gündəmə gəlib. Demokrat.az xəbər verir ki, Qeytsin "COVID-19-dan son pandemiya olmayacaq, növbəti daha şiddətli ola bilər" sözləri sosial şəbəkələrdə yenidən paylaşılmağa başlanıb. Gəmidə baş verən ölümlərdən sonra bir çox istifadəçi “Qeyts bunumu nəzərdə tuturdu?” kimi şərhlər yazıb.Kabo-Verde sahillərində karantinə alınan kruiz gəmisində hantavirus səbəbilə biri alman, ikisi holland olmaqla 3 nəfər həyatını itirib.Bill Qeyts 2024-cü ilin yanvarında qatıldığı bir verilişdə yaxın 25 il ərzində yeni bir pandemiyanın baş verə biləcəyini və növbətisinin daha ağır ola biləcəyini söyləmişdi.Hantavirus əsasən gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində havaya qarışan hissəciklərin nəfəs yolu ilə qəbul edilməsi ilə yoluxur və ölümcül ola bilər.Lüks kruiz gəmisində ortaya çıxan hantavirus halları və 3 nəfərin ölümü sonrası diqqətlər yenidən Bill Qeytsin illər əvvəl etdiyi açıqlamalara yönəlib. Onun “Növbəti pandemiya daha ağır ola bilər” sözləri sosial mediada yenidən müzakirə olunur.Kabo-Verde sahillərində karantinə alınan kruiz gəmisində baş verən hadisə dünya üzrə narahatlıq yaradıb. Bir çox sərnişinin nəzarət altına alınması və bəzi ölkələrin xəbərdarlıq rejiminə keçməsi sosial mediada geniş rezonans doğurub.Bill Qeyts 2024-cü ilin yanvarında “The View” proqramında COVID-19-un son pandemiya olmadığını bildirmişdi. O, açıqlamasında belə demişdi: “Yaxın 25 il ərzində mütləq yeni bir pandemiya görəcəyik. Növbətisinin daha şiddətli olma ehtimalı var.”Gəmidəki ölümlərdən sonra sosial mediada çoxsaylı istifadəçilər Bill Qeytsin əvvəlki açıqlamalarını yenidən paylaşmağa başlayıblar. Xüsusilə “Növbəti pandemiya daha ağır ola bilər” fikri geniş yayılıb, bəzi istifadəçilər isə hantavirus böhranının qlobal epidemiyaya çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.Hantavirus adətən siçan və digər gəmiricilərin daşıdığı virusların insanlara keçməsi ilə yaranan ciddi infeksion xəstəlikdir. Virus əsasən gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə çirklənmiş hissəciklərin nəfəs yolu ilə orqanizmə daxil olması nəticəsində yoluxur.Əlamətləri arasında yüksək hərarət, əzələ ağrıları, halsızlıq, başgicəllənmə, ürəkbulanma və nəfəs darlığı var. İrəliləmiş hallarda ağciyərlərdə ciddi zədələnmələr yarada və ölümcül nəticələrə səbəb ola bilər.Bəzi hantavirus növləri yalnız heyvandan insana keçsə də, Cənubi Amerikada rast gəlinən “Andes” növünün nadir hallarda insandan insana keçə bildiyi qeyd olunur.Ümumdünya Səhiyyə Təşkilatına görə hantavirus COVID-19 kimi asan yayılan virus deyil. Mütəxəssislər yaxın fiziki təmas olmadan yayılma riskinin aşağı olduğunu vurğulayırlar.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
demokrat.az

1Источники