RU

Finallarda 300 minə yaxın tamaşaçı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq.

Futbolpress.az xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir:

1992 1000

1993 10000

1993/94 1350

1994/95 5000

1995/96 5000

1996/97 5000

1997/98 5500

1998/99 8000

1999/00 6000

2000/01 2000

2001/02 –

2003/04 8000

2004/05 10000

2005/06 6000

2006/07 10000

2007/08 20000

2008/09 10000

2009/10 26000

2010/11 24000

2011/12 4300

2012/13 20000

2013/14 22000

2014/15 4500

2015/16 23000

2016/17 12800

2017/18 4500

2018/19 10000

2019/20 –

2020/21 –

2021/22 3500

2022/23 9000

2023/24 5500

2024/25 7513

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
13
futbolpress.az

10Источники