RU

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub YENİLƏNİB

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Növbəti köç karvanı ilə Ağdam şəhərinə köçürülən 156 nəfərdən ibarət 41 ailəyə yeni mənzillərin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.

***

12.43

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 41 ailə (156 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
5
apa.az

10Источники