RU

Belarus ilə Azərbaycan birgə layihələrin həyata keçirilməsi istiqamətində iş aparır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Belarus ilə Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf mərhələsindədir. Hər iki dövlətin daha dərin, geniş sahələri əhatə etmək üçün əlaqələr yaratmaq və inkişaf etdirmək potensialları var. İqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi istiqamətində birjalar arasında da əməkdaşlıq çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç “Biznesdə dialoq” mövzusunda keçirilən seminarda deyib.

Səfir bildirib ki, belə zamanda qarşılıqlı əlaqələri daha da genişləndirmək, iqtisadi-ticarət əlaqələrini daha da dayanıqlı etmək lazımdır.

“Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları bərabər səviyyədə həyata keçirilir. Lakin ticarətin birja vasitəsilə həyata keçirilməsi daha şəffaf olur və kommersiya risklərini azaldır. Bizim Azərbaycan ilə bir çox birgə layihələrimiz var. Bunlardan biri Sumqayıtda qarışıq gübrə müəssisəsidir. Burada istehsal olunan məhsul xaricə də ixrac ediləcək. Digər layihəmiz lift və məişət əşyalarının yığılmasıdır. Güman edirəm ki bu işlər uğurla həyata keçiriləcək və dövlətlərimiz arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafına stimul verəcək”, - deyə Dmitri Pineviç vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
2
azertag.az

3Источники