RU

Britaniya: Daha bir ölkə vətəndaşında hantavirus şübhəsi aşkar edildi

Britaniya: Daha bir ölkə vətəndaşında hantavirus şübhəsi aşkar edildi

Britaniya hakimiyyəti "MV Hondius" sərnişin gəmisində ortaya çıxan hantavirusla əlaqəli olaraq daha bir ölkə vətəndaşında virus şübhəsinin aşkar edildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyindən (UKHSA) verilən bəyanatda şübhəli şəxsin gəminin ötən ayın ortalarında dayandığı Cənubi Atlantikadakı Tristan-da-Kunya adasında tapıldığı bildirilib.

Açıqlamada hazırda gəmidə olan Britaniya vətəndaşlarının heç birində xəstəlik simptomlarının müşahidə edilmədiyi, lakin vəziyyətlərinin yaxından izlənildiyi qeyd olunub.

Gəminin həftəsonu Kanar adalarına yan almasının gözlənildiyi vurğulanan bəyanatda britaniyalı sərnişin və heyət üzvlərini ölkəyə geri gətirmək üçün xüsusi çarter təyyarəsinin hazır vəziyyətdə saxlanıldığı qeyd edilib.

Bildirilib ki, ölkəyə qayıdan şəxslərdən simptom göstərməsələr belə, 45 gün müddətində izolyasiyada qalmaları tələb oluna bilər.

Bununla da epidemiya ilə əlaqəli təsdiqlənmiş və ya şübhəli britaniyalı xəstələrin sayı 3-ə yüksəlib.

Qeyd edək ki, virusa yoluxması təsdiqlənən şəxslərdən biri 56 yaşlı təqaüdlü polis əməkdaşı və bələdçi Martin Anstidir.

O, mayın 6-da gəmidən təxliyə edilərək Niderlanda aparılıb və vəziyyətinin stabil olduğu bildirilir.

Digər yoluxan şəxs isə aprelin 27-də Cənubi Afrika Respublikasına göndərilən 69 yaşlı Britaniya vətəndaşıdır.

Onun reanimasiyadakı müalicəsi davam edir və vəziyyətinin yaxşıya doğru getdiyi qeyd olunur.

Bundan əlavə, ehtimal olunan təmas səbəbindən Britaniyada daha iki nəfərin könüllü izolyasiyada olduğu, lakin onlarda hələlik heç bir simptomun aşkarlanmadığı bildirilib.

Избранный
51
afn.az

1Источники