ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 may, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Vüqar Bayramov çıxış etdiyi "Xilasedici" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə AZƏRTAC-a 34 yaşlı hücumçu özü məlumat verib. O, gələn mövsümdə də Bakı təmsilçisində çıxış edəcəyini açıqlayıb.
Qeyd edək ki, Vüqar Bayramov başa çatan mövsümdə "Xilasedici"nin heyətində Yüksək Liqanın çempionu olub.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Azər İbrahimov
Videoqraf - Namiq Abdullayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.