RU

“Azərmaş” 10 milyon manat borclanır - SƏBƏB

“Azərmaş Group” MMC hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 10 milyon ABŞ dolları məbləğində qiymətli kağızlar emissiya etməsində əsas məqsəd dövriyyə vəsaitlərinin genişləndirilməsidir.

“Güclənən likvidlik göstəriciləri borc öhdəliklərinin rahat icrası üçün möhkəm maliyyə bazası formalaşdırır. Sağlam kapital strukturu və faiz yükünün azlığı müəssisənin kredit qabiliyyətini və maliyyə dayanıqlığını müsbət xarakterizə edir”, - deyə məlumatda bildirilir

Избранный
17
fed.az

1Источники