RU

Slovakiyanın F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanını qoruyacaq

Slovakiyaya məxsus F-16 qırıcı təyyarələri NATO missiyasının bir hissəsi olaraq Baltikyanı ölkələrin hava məkanını qoruyacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak bildirib.

"2027-ci ilin sonunda Baltikyanı ölkələrdə NATO-nun Air Policing missiyasına qoşulmaq niyyətində olduğumuzu elan edə bildiyimiz üçün məmnunam", - nazir Polşada keçirilən konfransda deyib.

Qeyd edək ki, son zamanlar Litva, Latviya və Estoniyanın hava məkanı Rusiya təyyarələri və dronları tərəfindən tez-tez pozulur.

Bəxtiyar CƏFƏRLİ

Избранный
22
herbiand.az

1Источники