RU

“Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin icrasına başlanılıb » AzadMedia.az


“Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin icrasına başlamışdır. Bu layihənin əsas məqsədi ailə dəyərlərinin qorunması,ailədaxili ünsiyyət və məsuliyyət mədəniyyətinin gücləndirilməsi istiqamətində məktəblərdə, səhiyyə müəssisələrində və ictimai mühitdə, sosial şəbəkələrdə maarifləndirici tədbirlər həyata keçirməkdir.

Azadmedia.az xəbər verir ki, bu barədə “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri Ağanənə Seyidqızı QHT.az-a məlumat verib.

"Layihə tədbirləri 3 ay ərzində əsasən Sumqayıt şəhəri və ətraf qəsəbələri əhatə edəcək. Sosial mediada aparıcaq məlumatlandırma, maarifləndirmə tədbirləri isə daha geniş əraziləri və əhali təbəqələrini əhatə edəcək.


Layihə çərçivəsində Sumqayıt şəhərinin orta məktəblərində gənclər və müəllim heyəti üçün, səhiyyə müəssisələrində isə həkim və tibb bacılarının iştirakı ilə ailə dəyərləri, ailədaxili ünsiyyət mədəniyyəti, ailə məsuliyyəti və hüquqlar mövzusunda 2 saatlıq maarifləndirici seminar keçiriləcək. Bundan başqa layihə müddətində yerli QHT nümayəndələri, icma liderləri və media əməkdaşlarının iştirakı ilə “Sağlam ailə – sağlam cəmiyyət” mövzusunda dəyirmi masa görüşü təşkil olunacaq. Dəyirmi masada ailədaxili münaqişələrin, məişət zorakılıqlarının, boşanmaların səbəbləri, bunların azaldılması üçün çıxış yolları barədə fikir mübadiləsi aparılacaq və mövzunun mediada, şosial şəbəkələrdə səmərəli işıqlandırılıması üçün yollar aranacaq."


Həmçinin, layihənin icrası müddətində sosial şəbəkələrdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və ailə dəyərlərinin təbliği məqsədilə maarifləndirici paylaşımlar, videoçarxlar və hekayələr kampaniyası həyata keçiriləcək, maarifləndirici videoçarxlar və xoşbəxt ailə tarixçələri paylaşılacaq. Birliyin ofisində gənc ailələr və nikaha hazırlaşan cütlüklər üçün “Ailə məsləhət günləri” təşkil olunacaq. İnsanlar bu görüşlərdə hüquqşünaslardan pulsuz fərdi məsləhət və hüquqi yardım ala bilərlər.
Избранный
17
4
azadmedia.az

5Источники