RU

Qazaxıstan Parlamenti birpalatalı Kurultayın yaradılmasını təsdiqlədi

Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstan Parlamenti birpalatalı Kurultayın yaradılmasını təsdiqlədi

Qazaxıstan Parlamentinin üzvləri "Qazaxıstan Respublikasının Kurultayı və onun deputatlarının statusu haqqında" konstitusiya qanun layihəsini birinci oxunuşda təsdiqlədilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan Parlamentinin mətbuat xidməti məlumat verib.

Sənədə əsasən, Kurultay ölkənin birpalatalı parlamentinə çevriləcək və beş illik müddətə proporsional təmsilçilik yolu ilə seçilən 145 deputatdan ibarət olacaq.

Qanun layihəsi yeni qurumun səlahiyyətlərini, onun fəaliyyət prosedurlarını, deputatlarının statusunu və hökumətlə qarşılıqlı əlaqə mexanizmlərini müəyyən edir.

Bundan əlavə, Kurultayın hazırkı Qazaxıstan Parlamentinin hüquqi varisinə çevriləcəyi nəzərdə tutulur.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
oxumeni.az

2Источники