RU

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.

"Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. U-15 yaş qrupunda isə Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə - Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütlüyü isə U-15 yaş qrupunda birinci yeri tutub.

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə - Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata yiyələniblər.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.

Qalib idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Избранный
49
5
fanat.az

10Источники