
“ABŞ-nin Kubada hərbi əməliyyatlar keçirməsi mümkündür. Kubada hakimiyyətin devrilməsi, Kubanın ABŞ-yə tabe olması, orada xüsusilə Rusiyanın mövqeyinin zəiflədilməsi istiqamətində addımlar atılacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, məhz Venesueladan sonra növbənin Kuba olacağını Tramp daim qeyd edir və bu prosesə əslən kubalı dövlət katibi Marko Rubio başçılıq edir: “Hesab edirəm ki, İranla məsələlər həll olunduqdan sonra Kuba ilə bağlı məsələlər həll olunacaq. Ötən əsrin 50-ci illərindən başlayaraq Kuba və ABŞ arasında münasibətlər gərgindir. ABŞ yeni dünya siyasi nizamında öz yaxınlığında ona qarşı hər hansı bir düşmən rejimin qalmasında maraqlı deyil. Ona görə də Kubaya qarşı iqtisadi sanksiyalar, blokada davam edir. Əgər növbəti mərhələdə Kuba rəhbərliyi ABŞ-nin tələblərini yerinə yetirməsə, düşünürəm ki, ABŞ burada Venesuelada olduğu kimi hərbi əməliyyatlar keçirə bilər”.
Röya İsrafilova