RU

Berlində məktəblilər hərbi xidmət qanununa etiraz aksiyası keçirirlər



Almaniyada 2 mindən artıq məktəbli etiraz aksiyası keçirir.

Newscenter.az TASS-a istinadən bildirir ki, məktəblilər yeni hərbi xidmət modeli haqqında qanuna və Almaniyanın militarizasiyasına qarşı etiraz edirlər. Aksiyada "Faşizmə yox! Müharibəyə yox! Çağırışa qarşı nümayiş" şüarları səsləndirilir.

Nümayiş Almaniya məktəblilərinin "Məktəb Çağırışına qarşı Tətil" birliyi tərəfindən təşkil edilib. Gənclər Almaniya paytaxtının mərkəzində, Brandenburq darvazasında toplaşıblar. İştirakçıların 18 Mart Meydanı və 17 İyun küçəsindən Almaniya kansleri Fridrix Merzin partiyası olan CDU-nun qərargahına doğru yürüş etmələri gözlənilir.

Almaniyanın digər şəhərlərində də oxşar məktəb nümayişlərinin keçirilməsi gözlənilir. Aksiyalarda təxminən 50.000 nəfərin iştirakı nəzərdə tutulur.

Mehman
Избранный
15
1
newscenter.az

2Источники