RU

Avtobus zolağı cərimələrini hansı qurum yazacaq? - Rəsmi CAVAB

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Qeyd edək ki, paytaxtda avtobus zolaqları ilə bağlı cəriməni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yazırdı.

Bəs AYNA-nın tərkibində olan “BakuBus” MMC metropolitenə birləşdirildikdən sonra avtobus zolaqları ilə bağlı olan cərimələri hansı qurum yığacaq?

Redaktor.az məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladı. Sorğluya cavab olaraq bildirildi ki, bu səlahiyyət metropolitenə verilməyib.

Aytəkin TOFİQQIZI

Избранный
28
1
redaktor.az

2Источники