RU

Ən faydalı səhər yeməyi hansıdır?

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Günə düzgün səhər yeməyi ilə başlamaq bağırsaq sağlamlığı üçün böyük fayda verə bilər. Demokrat.az-ın xəbərinə görə, qastroenteroloq Vikas Taneja “Prevention” jurnalında bildirib ki, həzm sistemində trilyonlarla faydalı bakteriya yaşayır və xüsusilə səhərlər qəbul edilən qidalar onların sağlam qalmasında mühüm rol oynayır.Mütəxəssislərin sözlərinə görə, bağırsaqlar üçün ideal səhər yeməyi lif, zülal, faydalı yağlar, antioksidantlar və probiotiklərdən ibarət olmalıdır.Qastroenteroloqlar hesab edir ki, meyvə və qoz-fındıq əlavə olunmuş yunan yoqurtu ən yaxşı seçimlərdən biridir.Bildirilir ki, yunan yoqurtu bağırsaq mikrobiomunun müxtəlifliyini artıran probiotiklərlə zəngindir. O, həmçinin yüksək miqdarda zülal ehtiva etdiyi üçün uzun müddət toxluq hissi yaradır və enerjinin qəfil azalmasının qarşısını alır.Qastroenteroloq Ruça Şah qeyd edir ki, bir neçə qaşıq yoqurt bağırsaq sağlamlığını bahalı əlavələr olmadan dəstəkləməyin sadə üsulu ola bilər.İkinci vacib komponent qoz-fındıqdır. Onlar lif, polifenollar və doymamış yağ turşuları ilə zəngindir. Lif yoğun bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır və onun parçalanması zamanı yaranan qısa zəncirli yağ turşuları bağırsaq baryerini gücləndirir və iltihabı azaltmağa kömək edir.Üçüncü mühüm element isə meyvələrdir. Xüsusilə giləmeyvələr, banan, alma və kivi tövsiyə olunur. Bu meyvələr lif və faydalı bakteriyaların inkişafını dəstəkləyən bitki mənşəli maddələr ehtiva edir.Həkim Endryu G. Mur bildirib ki, kivi həzmə təsiri baxımından ən çox araşdırılmış meyvələrdən biridir və bağırsaq fəaliyyətinin normallaşmasına kömək edə bilər.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники