RU

İran XİN rəhbəri ABŞ ı sərt tənqid etdi: “Hazırlığımız 1000% dir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Xarici İşlər naziri Abbas Ərakçi ABŞ-ın son hərəkətlərinə sərt reaksiya verərək bildirib ki, İran xalqını qorumaq üçün hazırlıq səviyyəsi “1000%-dir”.

Bizimyol.info xəbər verir ki, Ərakçi sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, hər dəfə diplomatik həll imkanı ortaya çıxanda ABŞ düşüncəsiz hərbi macəraya yönəlir.

Nazir əlavə edib ki, bu, ya “kor təzyiq taktikası”, ya da ABŞ prezidentini yeni bir çətinliyə sürükləmək istəyən sabotajçı yanaşmadır.

“Səbəb nə olursa olsun, nəticə həmişə eynidir: İran xalqı təzyiq qarşısında heç vaxt boyun əymir; amma zərər görən həmişə diplomatiyadır,” – deyə Ərakçi vurğulayıb.

Həmçinin o, CIA-nın İranın raket qabiliyyətinə dair qiymətləndirmələrinin səhv olduğunu bildirərək: “Raket ehtiyatlarımız və buraxılış qabiliyyətimiz 28 fevral səviyyəsinin 75%-i deyil, düzgün rəqəm 120%-dir. Xalqımızı müdafiəyə hazırlığımız isə 1000%-dir”, - deyə qeyd edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
icma.az

1Источники