RU

Ağababa İsgəndərovun 100 yaşı tamam oldu Foto

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovun 100 yaşı tamam olub.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov onu ziyarət edib.

Müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan Ağababa İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub. O, müharibədə iştirakına və igidliyinə görə bir çox medallarla təltif edilib.

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər A.İsgəndərovu da əhatə edir. O, aylıq sosial ödənişlərlə təmin edilir.

Hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir. Həmçinin dövlət tərəfindən 3 otaqlı mənzillə və avtomobillə də təmin olunub.  

Görüş zamanı Agentlik sədri ahılla həmsöhbət olub. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
4
qafqazinfo.az

5Источники