RU

“Maliyyə icarəsi haqqında” Qanunda bir sıra vacib yeniliklər olacaq – AMB-nin Baş direktoru

“Maliyyə icarəsi haqqında” Qanunda ən önəmli yeniliklərdən biri maliyyə icarəsi fəaliyyəti üzrə təşkilati, kapital və prudensial tələblərin müəyyənləşdirilməsidir.

Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Tural Feyzullayev deyib.

Baş direktorun sözlərinə görə, Qanunla maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq imkanı yalnız yerli hüquqi şəxslər və xarici hüquqi şəxsin yerli filialı üçün nəzərdə tutulur:

“Buradan irəli gələrək maliyyə icarəsi fəaliyyəti ilə məşğul olacaq şəxslər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi gətirilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilmişdir. Nəticədə maliyyə icarəsi fəaliyyətinin dayanıqlı və etibarlı olması təmin ediləcəkdir”.

Избранный
19
fed.az

1Источники