RU

“Təbii kürü” adı ilə süni məhsul satılır » AzadMedia.az


Qida Təhlükəsizliyi Agentliyi ticarət və ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı “təbii kürü” adı altında süni kürü məhsullarının satıldığını aşkarlayıb. Yoxlamalar zamanı bəzi məhsulların etiketlənmədiyi, mənşəyini təsdiqləyən sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi də müəyyən olunub.
Agentlik bildirib ki, istehlakçıların aldadılması qanun pozuntusudur və inzibati məsuliyyət yaradır. Sahibkarlara təqdim olunan bütün qida məhsullarının düzgün etiketlənməsi, məhsul haqqında tam məlumat verilməsi və süni məhsulların “təbii kürü” kimi təqdim edilməməsi tapşırılıb.
Məlumata görə, süni kürü jelatin, alginat, agar-agar, nişasta, boya və digər qatqılarla hazırlanır. Təbii balıq kürüsündən fərqli olaraq, süni kürü qızdırıldıqda yumşalır və əriyir. Təbii kürü isə formasını saxlayır və axıcı hala gəlmir.
İstehlakçılara tövsiyə olunur ki, restoran və şadlıq evlərində təqdim olunan kürünün mənşəyi ilə maraqlansın, məhsulun keyfiyyət sənədlərini tələb etsinlər. Şübhəli hallarla qarşılaşan vətəndaşlar Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Agentlik nəzarət tədbirlərinin davam etdirildiyini və qaydaları pozan şəxslərlə bağlı tədbir görüləcəyini bildirib.
Избранный
42
1
azadmedia.az

2Источники