RU

İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün müsabiqəyə sənəd qəbulu başa çatıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu bu gün saat 18:00-da başa çatıb.

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin elan etdiyi müsabiqə şərtlərinə görə, namizədlər Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdırlar. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs, həmçinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər namizəd ola bilməzlər.

Baş direktor səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Baş direktor seçilə bilmək üçün Yayım Şurasının 8 üzvündən 6-nın səsinin alınması lazımdır.

Hazırda İTV-nin Baş direktoru Balakişi Qasımovdur. Lakin o, bu ana qədər namizədliyini irəli sürdüyü barədə məlumat açıqlamayıb.

Audiovizual Şuranınbazar ertəsi günü sənədləri qəbul olunmuş namizədlərin adlarını açıqlayacağı gözlənilir.

Избранный
81
aznews.az

1Источники