Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Die Welt" qəzetinə müsahibəsində bildirib.
"Hazırda müşahidə etdiyimiz proses NATO-nun dağılmasıdır və bu təhlükəlidir", - Rasmussen deyib.
Keçmiş baş katibin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp NATO-nun 5-ci maddəsinə və Avropanın müdafiəsinə sadiqliyi ilə bağlı çoxlu şübhələr yaradıb.
"Avropalılar üçün bundan çıxan yeganə nəticə odur ki, biz öz gücümüzə arxalanmalı və qitəmizi müstəqil şəkildə müdafiə etməyə hazır olmalıyıq", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31