RU

Müşviq Şahverdiyevə 805 manatdan çox hesab gəldi - "Karolina rooms"dan şikayət etdi

Aktyor Müşviq Şahverdiyev getdiyi restorandakı qiymətlərdən narazılıq edib.

 

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkə paylaşımında dostları ilə iştirak etdiyi məclisdən sonra təqdim olunan hesabın yüksək olmasından şikayətlənib.

 

Sənətçinin sözlərinə görə, paytaxtdakı “Karolina rooms” restoranında 6-7 nəfərlik qonaqlığın sonunda 805 manatdan çox hesab gəlib.

 

Müşviq Şahverdiyev qiymətlərin həddindən artıq baha olduğunu vurğulayaraq bildirib:

 

“6-7 nəfərə bu qədər hesab, özü də içkisiz. Allah insaf versin”.

 

Müşviq

Tarix: 8 May 2026, 18:47   
Избранный
20
1
pravda.az

3Источники