Aktyor Müşviq Şahverdiyev getdiyi restorandakı qiymətlərdən narazılıq edib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkə paylaşımında dostları ilə iştirak etdiyi məclisdən sonra təqdim olunan hesabın yüksək olmasından şikayətlənib.
Sənətçinin sözlərinə görə, paytaxtdakı “Karolina rooms” restoranında 6-7 nəfərlik qonaqlığın sonunda 805 manatdan çox hesab gəlib.
Müşviq Şahverdiyev qiymətlərin həddindən artıq baha olduğunu vurğulayaraq bildirib:
“6-7 nəfərə bu qədər hesab, özü də içkisiz. Allah insaf versin”.
Tarix: 8 May 2026, 18:47