RU

“Apple”dan yubiley sürprizi

“Apple”ın 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə tam çərçivəsiz və düyməsiz yeni model təqdim etməyə hazırlaşır. Məlumata görə, cihazın dörd tərəfi əyri “şəlalə ekran” dizaynına sahib olacaq. Mexaniki hissələrdən tamamilə imtina ediləcəyi və yeni toxunma əsaslı düymələrin artıq mühəndislik testlərindən uğurla keçdiyi qeyd olunur.

Xüsusi çip vasitəsilə bu düymələr telefon sönülü vəziyyətdə belə toxunuşa reaksiya verəcək. Yeni “iPhone” modelində “Face ID” sensorları və ön kameranın da ekranın altına yerləşdirilməsi planlaşdırılır.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
85
azerbaijan-news.az

1Источники