RU

Nazilə Salmanova instituta direktor təyin edildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən instituta yeni direktor təyin olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, dosent Nazilə Salmanova ADNSU-nun nəzdində "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib.

Qeyd edək ki, N.Salmanova əmək fəaliyyəti dövründə Polimer Materialları İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışıb.

Bizim.Media

Избранный
9
20
bizim.media

10Источники