RU

“Soliton” özündə olan məhsulun pulunu vətəndaşdan almağa çalışır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Soliton” mağazalar şəbəkəsi istehlakçının hüquqlarını pozmaqda ittiham olunur. Vətəndaş deyir ki, “Soliton LTD” faktiki onda olmayan məişət avadanlığının pulunu ondan almağa çalışır.

Bizimyol.info xəbər verir ki, “Soliton LTD” müştərisi Mətanət Bağırovanı məhkəməyə verərək, ondan 426 manat pul tələb edib. Şirkət iddia ərizəsində göstərib ki, bu məbləğin 396 manatı müştərinin borcu, 30 manat isə məhkəməyə müraciət üçün ödənilmiş rüsumdur.

Şirkətin iddiasına görə, müştəri 7 fevral 2024-cü ildə “Soliton”dan 528 manatlıq məişət avadanlığı alıb. Müqavilə şərtlərinə görə, bu məbləğ ayda 33 manat olmaqla, 16 aya ödənilməli idi. Alıcı pulun bi hissəsini ödəsə də, 396 manatı ödəməkdən imtina edib. Bu səbəbdən də məhkəməyə müraciət olunub.

Yasamal Rayon Məhkəməsində hakim Gülnar Babazadə M.Bağırovanın əleyhinə qərar çıxarıb. Həm də onun xəbəri və iştirakı olmadan. Qətnamədə yazılıb ki, məhkəmə prosesi barədə ona bildiriş, sənədlər göndərilib. Lakin o, etirazını, başqa dəlillərini məhkəməyə təqdim etməyib. Özü də məhkəməyə gələrək iştirak etməyib. Bu səbəbdən məhkəmə onun iştirakı olmadan “Soliton LTD”nin iddiasına baxaraq, qərar çıxarıb.

M.Bağırova isə bildirir ki, ümumiyyətlə, heç “Soliton”un onu məhkəməyə verməsindən də, məhkəmə prosesinin keçirilməsindən də xəbəri olmayıb. Ona heç vaxt məhkəmə bildirişi gəlməyib: “Mənə nə vaxt məhkəmə bildirişi göndərilib? Bu barədə sübut varmı? Göndərilməyib”.

Məhkəmə qərarından da aydın deyil ki, “Soliton” vətəndaşdan hansı avadanlığın pulunu tələb edir. Məhkəmə də bunu aydınlaşdırmağa cəhd göstərməyib.

M.Bağırova deyir ki, həmin avadanlıq “Soliton”un özündə olduğu halda, ondan pul tələb edir:

“Mən “Soliton”dan başqa avadanlıqla yanaşı, şirəçəkən maşın da almışdım. Evə gətirdim, bir həftə sonra istifadə etməyə başlayanda gördüm ki, məhsulda “defekt” var. Şirə çəkmir, sanki kartof püresi buraxır. Dərhal apardım ki, dəyişsinlər, yenisini versinlər. Qaydalara görə də 14 gün ərzində dəyişməlidilər. Dedilər ki, yox, dəyişmirik, təmir edib verərik.

Dedim ki, xeyr, mən zay məhsul istəmirəm. İlk istifadədən xarab olan maşın mənim nəyimə lazımdır? Tələb etdim ki, şirəçəkən maşını dəyişsinlər. Maşın onlarda qaldı. Heç bir xəbər çıxmadı onlardan. Bir də indi xəbər tuturam ki, artıq məhkəmə qərar çıxarıb. Məhkəmə bir araşdırmayıb ki, nə məsələdir, bu borc necə yaranıb?”

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
bizimyol.info

1Источники