RU

İran-BƏƏ savaşı olacaq - AÇIQLAMA

"Yenidən Körfəz regionunda vəziyyət gərginləşib. Amerika ilə İran, eləcə də İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müəyyən gərginliklərin yaşandığını görürük. Təbii ki, təfərrüatlar tam aydın deyil və informasiya mənbələri bu barədə məhdud məlumatlar təqdim edir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana təsir imkanları olduğu kimi, İranın da BƏƏ-yə müəyyən təsir rıçaqları mövcuddur:

"Bu baxımdan tərəflər arasında balanslı, lakin gərgin bir qarşılıqlı təsir mühiti formalaşıb. Ona görə də ehtimal etmək olar ki, vəziyyət yenidən kəskinləşə, qarşıdurma və toqquşma riski arta bilər. Hətta hazırda ABŞ hərbi gəmiləri ilə İranın raket qüvvələri arasında müəyyən gərgin qarşıdurma elementlərinin olduğu da qeyd olunur. Belə bir şəraitdə eskalasiya ehtimalı tamamilə istisna edilmir və prosesin genişlənməsi halında BƏƏ də bu gərginliyin təsir dairəsinə düşə bilər".

Xədicə BAXIŞLI

Избранный
20
1
redaktor.az

2Источники