Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən “Zirə” 9-cu pillədə qərarlaşan “İmişli”nin qonağı olub. Matç heç-heçə başa çatıb – 0:0.
Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən “Sabah” Premyer Liqada qalmaq üçün çalışan “Kəpəz”i qəbul edib. Oyun Gəncə təmsilçisinin qələbəsilə başa çatıb – 1:0.
8 may
Misli Premyer Liqası
31-ci tur
16:30 “İmişli” – “Zirə” 0:0
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu
19:30 “Sabah” – “Kəpəz” 0:1
Qol: Rəhman Hacıyev
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”