RU

"Kəpəz" "Sabah"a səfərdə qalib gəldi

Premyer Liqanın XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib. Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmləndirib. 75 xalla lider olan "Sabah" isə çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.

Избранный
64
1
metbuat.az

9Источники