RU

Məhkəmə İki sabiq müdafiə naziri barədə ölüm hökmü çıxardı

Çin məhkəməsi iki keçmiş müdafiə naziri Vey Fenqe və Li Şanqfuya rüşvət ittihamı ilə şərti cəza ilə ölüm hökmü çıxarıb. 

“Xinhua” dövlət xəbər agentliyinin məlumatına görə, hökmdə dərhal cəzanın yüngülləşdirmə və ya şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz ediləcəyi bildirilir. Onların bütün əmlakı müsadirə edilib və keçmiş vəzifəli şəxslər siyasi hüquqlarından birdəfəlik məhrum olunublar.

72 yaşlı Vey Fenqe 2018-ci ildən 2023-cü ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. Onun yerinə 2023-cü ilin mart ayında 68 yaşlı Li Şanqfu gəlib. BBC-nin məlumatına görə, Li qəfildən ictimaiyyətin gözündən itdikdən iki ay sonra, 2023-cü ilin oktyabrında istefa verib.

Fevral ayında Çin prezidenti Si Cinpin ordunun korrupsiyaya qarşı mübarizə əməliyyatının uğurlu olduğunu açıq şəkildə elan edib. CNN bildirir ki, Vaşinqtonda yerləşən “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin hesabatına görə, 2022-ci ildən bəri Çindən 36 general və leytenant general rəsmi olaraq vəzifəsindən kənarlaşdırılıb. Daha 65 zabit itkin düşmüş və ya təmizlik qurbanı ola bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
38
editor.az

1Источники