RU

Qazaxıstan Prezidenti MoskvayaGETDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev işgüzar səfərlə Moskvaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Sabah Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Qələbənin 81-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək", - deyə bəyanatda qeyd olunub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə bir sıra dövlət başçıları Moskvaya səfər edəcəklər. Onların arasında Belarus prezidenti Aleksandr Lukaşenko, Serb Respublikasının (Bosniya və Herseqovina) prezidenti Sinişa Karan, Malayziyanın ali hökmdarı sultan İbrahim, Abxaziya prezidenti Badra Qunba, Laos prezidenti Thonqlun Sisulit, Cənubi Osetiya prezidenti Alan Qaqloyev və Slovakiya Baş naziri Robert Fitso var. Bununla belə, sonuncu qeyd edib ki, Qırmızı Meydandakı paradda iştirak etməyəcək — o, yalnız Naməlum Əsgərin məzarına gül qoymağı və Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

Xədicə BAXIŞLI

Избранный
43
redaktor.az

1Источники